Platforma haqqında

ELS Suite biznes proseslərini daha sadə, çevik və nəzarət olunan şəkildə idarə etmək istəyən şirkətlər üçün rəqəmsal platformadır.

Platformada biznesin gündəlik fəaliyyətində istifadə olunan müxtəlif praktik alətlər və tətbiqlər təqdim olunur. Məqsəd şirkətlərin vaxt aparan proseslərini sadələşdirmək, məlumatları sistemləşdirmək və işlərin daha səmərəli idarə olunmasına kömək etməkdir.

Hazırda platformada Kommersiya Təkliflərinin İdarə Edilməsi, Tapşırıqların İdarə Edilməsi və digər biznes alətləri üzərində iş aparılır. Gələcəkdə satınalma, təsdiq prosesləri, hesabatlar və digər biznes prosesləri üzrə yeni həllər əlavə ediləcək.

ELS Suite həmçinin biznes prosesləri, ERP sistemləri, avtomatlaşdırma və müasir rəqəmsal həllər haqqında praktiki məqalə və videolar təqdim edir.

Məqsədimiz: mürəkkəb biznes proseslərini daha sadə, əlçatan və idarəolunan rəqəmsal alətlərə çevirməkdir.