Məxfilik siyasəti

1. Kim məlumatı idarə edir. elssuite.com saytının sahibi: Elşad Seyidzadə, əlaqə: support@elssuite.com.

2. Nə toplanır. Saytda hesab, qeydiyyat, şərh və ya əlaqə forması yoxdur. Siz bizə şəxsi məlumat vermirsiniz, yalnız e-poçtla yazarsanızsa, göndərdiyiniz məlumatı (e-poçt ünvanı, mesajınız) alırıq.

3. Ziyarət statistikası. Sayt Cloudflare-in Web Analytics xidmətindən istifadə edir. Bu xidmət ziyarət sayı, səhifələr, ölkə, brauzer və cihaz növü kimi ümumi məlumat toplayır, reklam üçün şəxs izləmə aparmır. Sayt sahibi bu məlumatı saytdan istifadəni anlamaq və yaxşılaşdırmaq üçün istifadə edir.

4. Server qeydləri. Saytı barındıran xidmət (Cloudflare) təhlükəsizlik və texniki məqsədlərlə IP ünvanı, vaxt və brauzer məlumatlarını qeyd edə bilər.

5. YouTube videoları. Saytdakı videolar YouTube-da yerləşir; saytda yalnız onlara keçid və kiçik önizləmə şəkilləri göstərilir. Bu şəkillər YouTube/Google serverlərindən yüklənir, ona görə brauzeriniz həmin serverlərə sorğu göndərir və IP ünvanınız onlara görünə bilər. Videonu açdıqda YouTube-un öz qaydaları tətbiq olunur. Bu, onların məxfilik siyasətinə tabedir. Sayt sahibi bu məlumatlara çıxış əldə etmir.

6. Çerezlər. Sayt özü çerez qoymur və brauzer yaddaşında məlumat saxlamır. Cloudflare Web Analytics də çerezsiz işləyir.

7. Məlumat başqalarına verilirmi. Məlumatlarınız satılmır və reklam üçün istifadə olunmur. Yalnız yuxarıda qeyd olunan xidmət təminatçıları (Cloudflare, YouTube/Google) texniki məqsədlərlə məlumat emal edə bilər. Bu təminatçıların serverləri ölkənizdən kənardadır, məlumatlar sərhəddən kənara ötürülə bilər.

8. Saxlama müddəti. E-poçtla göndərdiyiniz yazışmalar sorğunun həlli üçün lazım olan müddət ərzində saxlanılır. Statistika məlumatlarının saxlanmasını Cloudflare idarə edir.

9. Hüquqlarınız. Saytda sizdən məlumat toplanmır. Yalnız bizə e-poçtla yazırsanızsa, yazışmanın silinməsini support@elssuite.com ünvanına yazaraq istəyə bilərsiniz.

10. Uşaqlar. Sayt uşaqlara yönəlməyib və onlardan məlumat toplamır.

11. Dəyişikliklər. Siyasət yenilənə bilər; son versiya bu səhifədə olacaq.

12. Əlaqə. support@elssuite.com